İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşında milyonlar qazanır: Lamin Yamal sərvətini belə xərcləyir – villa, şəxsi təyyarə, lüks avtomobillər...

776 19.07.2026 22:00 İdman A A

"Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamalın qazancı və dəbdəbəli həyat tərzi yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda gənc futbolçunun aylıq təxminən 1 milyon dollar gəlir əldə etdiyi və bu vəsaiti necə xərclədiyi barədə maraqlı iddialar səsləndirilir.

Bildirilir ki, Yamal xarici görünüşünə xüsusi diqqət ayırır. İddialara görə, o, həftədə üç dəfə saç baxımına gedir və bunun üçün ümumilikdə 50 min dollara yaxın vəsait xərcləyir. Həmçinin futbolçunun diş breketlərinin brilyantlarla bəzədildiyi qeyd olunur.

Lamin Yamalın avtomobil kolleksiyasının da kifayət qədər zəngin olduğu vurğulanır. İddialara əsasən, o, "Lamborghini" , "Bugatti" , "Mercedes" və "Hummer" də daxil olmaqla, təxminən 20 müxtəlif markaya məxsus avtomobilə sahibdir. Bu kolleksiyanın ümumi dəyərinin 4 milyon dollar olduğu bildirilir.

Bununla yanaşı, Yamalın Barselonada yerləşən və təxminən 10 milyon dollar dəyərində qiymətləndirilən dəbdəbəli villada yaşadığı da iddia edilir.

Ən diqqətçəkən məqamlardan biri isə futbolçunun şəxsi təyyarəsi ilə bağlıdır. İddialara görə, o, özünə 15 milyon dollar dəyərində şəxsi təyyarə hədiyyə edib. Təyyarənin daxilində geniş istirahət zonası, komfortlu divanlar və çoxfunksiyalı iş masası yerləşir.

Şahanə Rəhimli
Musavat. com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR