İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni sarsıdan hadisə yenidən açıldı, şok izlər: 19 nəfər həbs edildi

1918 19.07.2026 20:38 Dünya A A

Türkiyədə Muhsin Yazıcıoğlu ilə bağlı illərdir davam edən istintaqda yeni mərhələ başlayıb.

Musavat.com xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan çoxşaxəli istintaq çərçivəsində 29 şübhəli barəsində tədbir görüldüyünü açıqlayıb. Onlardan 27-si saxlanılıb, 19 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 8 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarətinə buraxılıb. Digər 2 şübhəli isə artıq başqa iş üzrə həbsdədir.

Nazirin sözlərinə görə, cinayət işində FETO-nun məxfi strukturu, təşkilati əlaqələr, 15 iyul çevriliş cəhdinin əsas fiqurlarından olan Adil Öksüzlə mümkün bağlantılar, ByLock yazışmaları və çoxsaylı şübhəlilərin əvvəllər FETO ilə bağlı araşdırmalara cəlb olunması diqqətlə araşdırılır.

Akın Gürlek bildirib ki, bu istintaq təkcə illər əvvəl baş vermiş faciəli hadisənin araşdırılması deyil, həm də dövlət strukturlarına sızaraq həqiqətin üzərinin örtülməsinə çalışan FETO-nun fəaliyyət izlərinin üzə çıxarılmasına xidmət edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR