İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dünya çempionatının keçirildiyi stadiondan tarixi görüntülər - 96 illik əfsanə - VİDEO

1387 19.07.2026 20:23 Dünya A A

Dünya futbol tarixinin ən önəmli simvollarından sayılan Centenario stadionu illər keçsə də əzəmətini qoruyub saxlayır.

Musavat.com xəbər verir ki, ilk dünya çempionatına ev sahibliyi edən arenanın yeni görüntüləri böyük maraq doğurub.

Uruqvayın paytaxtı Montevideoda yerləşən Centenario stadionunun təməli 21 iyul 1929-cu ildə qoyulub və tikinti cəmi altı aya başa çatdırılıb.

Stadion Uruqvay Konstitusiyasının qəbulunun 100 illiyi münasibətilə 18 iyul 1930-cu ildə istifadəyə verilib. Elə həmin gün ev sahibi Uruqvay futbol üzrə ilk dünya çempionatının açılış oyununda Perunu 1:0 hesabı ilə məğlub edib.

FIFA tərəfindən "Dünya futbolunun tarixi abidəsi" elan edilən Centenario bu statusa malik yeganə stadion hesab olunur. Arena bu gün də futbol tarixinin ən mühüm rəmzlərindən biri kimi qorunur və dünyanın müxtəlif ölkələrindən minlərlə azarkeş tərəfindən ziyarət edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR