İnsanlara hürriyət, millətlərə istiqlal!

VIP lojada tarixi görüş: Donald Tramp və FİFA prezidenti final matçını birlikdə izləyir - VİDEO

652 20.07.2026 00:39 İdman A A

ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının final oyunu təkcə meydandakı gərgin mübarizə ilə deyil, həm də VIP qonaqları ilə diqqət mərkəzindədir. Nyu-Yorkdakı "MetLayf" stadionunda baş tutan tarixi qarşılaşmanı izləyənlər arasında məşhur simalar yer alıb.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çempionluq matçını FİFA prezidenti Canni İnfantino ilə birlikdə lojadan canlı izləyir. Dünya futbolunun rəhbəri ilə yan-yana əyləşən Trampın oyunu böyük maraqla təqib etdiyi kameralardan yayınmayıb.

Qeyd edək ki, İspaniya və Argentina yığmaları arasında keçirilən bu möhtəşəm final qarşılaşması planetin ən güclü komandasının adına aydınlıq gətirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR