ABŞ Məxfi Xidmətinin pilotsuz uçuş aparatlarına qarşı istifadə etdiyi xüsusi təyinatlı avtomobil görüntülənib.
Musavat.com xəbər verir ki, söhbət ABŞ Məxfi Xidmətinin (USSS) pilotsuz uçuş aparatlarına qarşı mübarizə bölməsinin (C-UAS) istismar etdiyi Chevrolet Suburban Premier avtomobilindən gedir.
"Hindsight" adlanan bu xüsusi avtomobil Axis Communications şirkətinin IP kamerası, radiotezlik antenləri və icazəsiz pilotsuz uçuş aparatlarının hava məkanına daxil olmasını aşkar edib qarşısını almaq üçün istifadə olunan digər texnologiyalarla təchiz edilib.
Bu sistemlər milli təhlükəsizlik tədbirləri və ya yüksək səviyyəli mühafizə tələb edən digər mühüm tədbirlər zamanı istifadə olunur. Məlumata görə, avtomobilin daxilində mobil komanda məntəqəsi də yerləşir.
Foto ABŞ-nin Virciniya ştatının Loudon dairəsində yerləşən Trampın qolf klubundan çıxış zamanı çəkilib.






