İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur realiti-şounun keçmiş iştirakçısı küçədə lüt gəzdi

1839 19.07.2026 22:46 Dünya A A

"Dom-2" realiti-şousunun keçmiş iştirakçısı Anastasiya Braqina Moskvada ictimai asayişi pozaraq çılpaq şəkildə gəzərkən polis tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Volokolamsk şosesində yerləşən evindən geyimsiz çıxan Braqina şəhər küçələrində gəzintiyə çıxıb. O, hətta yolüstü mağazaya da daxil olub. Ətrafdakıların, o cümlədən uşaqların reaksiyasına məhəl qoymayan qadın, gəzintidən sonra sosial şəbəkə hesabında paylaşım edərək, etdiyi hərəkətdən məmnun qaldığını və bunu "bacardığını" bildirib.

Hadisənin sosial şəbəkələrdə yayılmasından sonra paytaxtın Daxili İşlər Nazirliyi məsələyə dərhal reaksiya verib. Nəticədə Anastasiya Braqina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR