İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəridə Hüseynova ilə bağlı YENİ TƏYİNAT

1607 19.07.2026 19:59 Ölkə A A

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Musavat.com xəbər verir ki, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva "Flora" - "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR