İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və Kiyev arasında yeni dəyişdirilmə: Yüzlərlə hərbçinin meyiti qaytarıldı

595 18.06.2026 15:18 Dünya A A

Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev məlumat verib. Onun sözlərinə görə, bu mərhələdə Rusiya tərəfi Ukraynaya 522 hərbçinin cəsədini təhvil verəcək, Ukrayna tərəfi isə qarşı tərəfə 33 meyit qaytaracaq.

Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki analoji mübadilə prosesi mayın 15-də baş tutmuşdu. Həmin vaxt Ukrayna tərəfinə 528, Rusiya tərəfinə isə 41 hərbçinin meyiti təhvil verilmişdi.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR