Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya qarşı mümkün silahlı hərbi təcavüzü ilə bağlı dərin narahatlıq ifadə edib və bu addımı qətiyyətlə pislədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, Rusiya XİN açıqlamasında Venesuela xalqının öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn fundamental prinsiplərindən biri olduğu xüsusi vurğulanıb.
Bildirilib ki, bu hüquq xaricdən hər hansı dağıdıcı və zorakı hərbi müdaxilə olmadan təmin edilməlidir. Moskvanın mövqeyinə görə, ABŞ-nin güc tətbiqi və hərbi təzyiq ritorikası regionda vəziyyəti daha da kəskinləşdirə, Latın Amerikasında sabitliyi ciddi şəkildə poza bilər.
Rusiya tərəfi rəsmi Vaşinqtonu məsuliyyətli davranmağa, beynəlxalq hüquqa hörmət etməyə və Venesuela məsələsində diplomatik-siyasi mexanizmlərə üstünlük verməyə çağırıb.
Musavat.com






