İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva etiraf etdi: Ermənistanın arxasında həmişə biz dayanmışıq

675 04.06.2026 02:07 Dünya A A

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistanla bağlı açıqlaması diqqət çəkib.

Musavat.com xəbər verir ki, Zaxarova Ermənistanı yalnız onun vətəndaşlarının xilas edə biləcəyini bildirərək, seçkilərdə ölkənin milli maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.

"Rusiya Federasiyası onları hər vasitə ilə dəstəkləyib, onlara kömək edib, bəzən isə sadəcə xilas edib", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bu açıqlama Ermənistan-Rusiya münasibətlərinin tarixi fonunda xüsusi diqqət çəkir. Ermənistan dövlətçiliyinin formalaşması və regionda mövcudluğu tarix boyu Rusiyanın siyasi, hərbi və iqtisadi dəstəyi ilə sıx bağlı olub. Çar Rusiyası dövründən başlayaraq Sovet İttifaqı illərində, eləcə də 1991-ci ildən sonra Moskva İrəvanın əsas dayaqlarından biri kimi çıxış edib.

Son illərdə isə Ermənistanın xarici siyasətində dəyişikliklər müşahidə olunur. İrəvan Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə, Türkiyə ilə normallaşma prosesini davam etdirməyə və yeni iqtisadi tərəfdaşlar qazanmağa çalışır. Xüsusilə Rusiya ilə yaşanan bəzi ticarət problemlərindən sonra erməni biznes dairələrinin Türkiyə bazarına marağının artdığı müşahidə edilir.

Belə bir şəraitdə Moskva Ermənistanı öz geosiyasi orbitində saxlamağa çalışır. Zaxarovanın son açıqlaması da Kremlin İrəvandakı prosesləri diqqətlə izlədiyini və Ermənistanın gələcək siyasi kursuna xüsusi önəm verdiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR