İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

455 18.05.2026 15:03 Ölkə A A

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qüsursuz təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində liderlərin sammitində bildirib.

Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır.

"Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR