İnsanlara hürriyət, millətlərə istiqlal!

Metakse Akopyan: Paşinyan Ruben Vardanyana dərin nifrət bəsləyir

966 19.09.2024 14:32 Dünya A A

Ermənistan rəhbərliyi Vardanyanın və məhbusların (terrorçuların-red.) qaytarılması üçün heç bir addım atmır, əksinə, hakimiyyətdə olduqları müddətdə onların geri qayıtmalarına imkan verməmək üçün hər şeyi edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağ separatçısı Metakse Akopyan tərəfindən səslənib.

Akopyan Nikol Paşinyanın Vardanyanla bağlı son sözlərinə də toxunub.

 “Paşinyanın Ruben Vardanyanla bağlı bu sözləri ona qarşı dərin nifrətin, eləcə də öz səriştəsizliyinin nümayişi idi”,-deyə separatçı erməni bildirib.

Onun sözlərinə görə, Paşinyan bununla  Bakıya və beynəlxalq ictimaiyyətə Ermənistanın həmin adamların geri qayıtmasında maraqlı olmadığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR