Ötən il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26 min 890 iş barədə ekspert rəyi və arayış verilib.
Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6,6 faiz artıb.
Hesabat dövründə ekspertlər tərəfindən 2 milyon 216 min 778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78 min 808 sual cavablandırılıb.






