İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət Nazirliyi mart ayı üçün mədəni qastrol proqramını yaydı

375 13.04.2026 13:49 Mədəniyyət A A

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. 

Musavat.com
 xəbər verir ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

Mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək. 

Mart ayı konsert proqramı:

16 mart – Ağdam şəhəri
Ağdam Muğam Mərkəzi | 17:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

17 mart – Laçın şəhəri
“LaCinema” kinoteatrı | 13:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

19 mart – Gəncə şəhəri
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 20:00
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası

28 mart – Mingəçevir şəhəri
Mingəçevir Dövlət Dram Teatrı | 18:00

29 mart – Mingəçevir şəhəri

Heydər Əliyev Mərkəzi | 18:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestri, solistləri və xor kollektivi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR