Macarıstan Ukraynanın Avropa İttifaqı üzvlüyünə daxil olmasıyla bağlı Aİ liderlərinin bəyanatından prosesin sürətləndirilməsi ilə bağlı ifadələri çıxarıb.
Musavat.com xəbər verir ki, məlumatı Brüsseldə iki günlük Aİ sammitində ilk dəfə iştirak edən Macarıstanın yeni baş naziri Peter Macar feysbuk hesabında açıqlayıb:
"Mətn üzərində bir neçə həftəlik iş zamanı bəyanat Macarıstanın təklifi ilə əhəmiyyətli dərəcədə yenidən işlənib. Bundan əlavə, Ukraynanın Aİ-yə daxil olma prosesi mövzusunda mənim təşəbbüsümlə prosesin sürətləndirilməsi ilə bağlı ifadə son anda mətndən çıxarılıb. Bu, asan deyildi.
Ukrayna ilə bağlı sammitin yekun bəyanatında ölkənin Aİ-yə daxil olması ilə bağlı bənd belədir: "Avropa Şurası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı hökumətlərarası konfransın keçirilməsini və fundamental məsələlər üzrə klasterin 15 iyun 2026-cı ildə açılmasını alqışlayır və ləyaqətə əsaslanan yanaşmaya uyğun olaraq digər klasterlərin açılmasını səbirsizliklə gözləyir".
Macar dəfələrlə bildirib ki, yeni Macarıstan hökuməti Ukraynanın Aİ-yə sürətləndirilmiş proseslə daxil olmasına qarşıdır. O hesab edir ki, ölkə bütün digər namizəd ölkələrlə eyni meyarlara tabe olmalıdır.
Musavat.com






