Fransa millisinin futbolçusu Kilian Mbappe Paraqvay senatoru Seleste Amarilla tərəfindən səsləndirilən sərt və təhqiredici açıqlamalara cavab verib.
Musavat.com xəbər verir ki, Amarilla Mbappenin təhsil səviyyəsini, mənşəyini və xarici görünüşünü hədəf alan ifadələr işlədib.
Senator futbolçunu “kobud”, “yazmağı belə öyrənə bilməyən”, “kokosla böyüyən”, “şimpanzelərlə müqayisə ediləcək qədər savadsız”, “fransız kimi davranan kamerunlu”, “kibirli və çirkin” adlandırıb.
Bu açıqlamalar beynəlxalq mediada geniş rezonans doğurub və sosial şəbəkələrdə kəskin tənqid olunub.
Mbappe isə cavabında senatorun davranışını “irqçi və məsuliyyətsiz” adlandırıb.
“Siz alçaldıcı ifadələr işlədən və tutduğu vəzifəyə yaraşmayan bir qadınsınız. Turnirdə şərəflə mübarizə aparan Paraqvayı təmsil etmirsiniz. Sizin məsuliyyətsizliyiniz və həyasız irqçiliyiniz ucbatından bütün dünya futbolçularınızın bu Dünya Kuboku boyunca göstərdiyi əzmi unutdu”, - deyə futbolçu bildirib.
Mbappe əlavə edib ki, nifrət və irqçiliyin yayılmasına imkan verilməməlidir.
Musavat.com






