İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng aysberq kəndi məhv edəcəkdi: Son anda...-Video

1278 06.07.2026 23:46 Dünya A A

Qrenlandiyada nəhəng aysberqin balıqçı kəndinə doğru hərəkəti sakinlər arasında böyük təşviş yaradıb.

Musavat.com xəbər verir ki, Qrenlandiyanın kiçik balıqçı kəndlərindən birinin sakinləri növbəti dəfə təhlükəli anlar yaşayıblar. Nəhəng aysberq sahilə doğru yaxınlaşaraq yaşayış məntəqəsinə cəmi bir neçə yüz metr məsafəyə qədər gəlib.

Bildirilir ki, kənddən təxliyə yalnız qayıqlarla mümkün idi. Lakin son anda aysberq sahilə çatmadan parçalanıb və yaşayış məntəqəsi böyük fəlakətdən xilas olub.

Bununla belə, mütəxəssislər təhlükənin hələ də davam etdiyini vurğulayırlar. Çünki iri buz kütlələrinin qoparaq dənizə düşməsi güclü sunami dalğaları yarada bilər. 

Təxminən 100 illik tarixə malik kəndin sakinləri bildirirlər ki, son illərdə sahillərə yaxınlaşan nəhəng aysberqlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən il də hündürlüyü göydələni xatırladan başqa bir nəhəng aysberq kənd yaxınlığında dayanmış, sonradan iki hissəyə parçalanmışdı.

İndiyədək bölgə böyük fəlakətdən yayına bilsə də, alimlər iqlim dəyişiklikləri fonunda bu cür hadisələrin daha tez-tez baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR