İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyvanları xilas edən sistem: maşın hərəkətdən öncə altını yoxlayacaq

805 07.07.2026 02:33 Dünya A A

Çində hazırlanmış yeni sistem avtomobil altında gizlənən pişik və itləri aşkar edərək sürücünü xəbərdar edəcək.

Musavat.com xəbər verir ki, Çinin BYD şirkəti avtomobil hərəkətə başlamazdan əvvəl onun altındakı məkanı yoxlayan yeni təhlükəsizlik sistemini patentləşdirib.

Yeni texnologiyanın əsas məqsədi park edilmiş avtomobillərin altında gizlənən pişik və itlərin vurulması hallarını azaltmaqdır.

Sistem kameralar və kompüter görmə texnologiyalarından istifadə edərək avtomobilin alt hissəsini görüntüləyir. Mühərrik işə salındıqda yeni görüntülər çəkilir və alqoritm hər hansı kənar obyekt və ya hərəkət aşkar edərsə, sürücüyə dərhal xəbərdarlıq göndərilir.

Yalançı siqnalların qarşısını almaq üçün proqram avtomobilin asqı sistemi, şassi və digər konstruksiya elementlərini avtomatik olaraq nəzərə almır. Bundan başqa, alqoritm palçıq, xırda daşlar və digər kiçik tullantıları da heyvanlardan ayırd edə bilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR