İnsanlara hürriyət, millətlərə istiqlal!

“Polisdə barışdıq, paylaşımları qarşılıqlı sildik” – Manaf Ağayev

5238 06.07.2026 22:08 Şou-biznes A A

“Bizi Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Dedilər ki, ikiniz də ziyalı adamsınız. Paylaşdıqlarınızı silin və barışın”.

Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Manaf Ağayev son günlər Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial şəbəkələrdə yaşadığı mübahisə və polisə çağırılması ilə bağlı danışarkən deyib.

Sənətçi bildirib ki, polis idarəsində tərəflər arasında qarşılıqlı razılıq əldə olunub: "Hər ikimiz paylaşımlarımızı sildik. Öpüşdük, görüşdük, sağollaşdıq.

İndi baxıram ki, bəzi saytlar yazır, guya mən paylaşımımı silmişəm, qarşı tərəf isə silməyib. Bu, doğru deyil. Biz qarşılıqlı razılığa gəlmişik. Arada belə söz-söhbətlərə ehtiyac yoxdur”.

Könül, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR