İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun son mundialı göz yaşları ilə bitdi - VİDEO

1398 07.07.2026 01:29 İdman A A

DÇ-2026-nın 1/8 finalında İspaniyaya son dəqiqə qolu ilə məğlub olan Portuqaliya mundialla vidalaşarkən, meydanda böyük bir insan dramı yaşanıb. Turnirin başa çatması ilə dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldonun da dünya çempionatları tarixi rəsmən qapanıb.

Musavat.com xəbər verir ki, məğlubiyyət fiti çalınan andan etibarən emosiyalarını cilovlaya bilməyən 41 yaşlı ulduz futbolçu göz yaşlarına qərq olub. Ronaldonun yaşıl meydandan başlayaraq Dallas stadionunun soyunub-geyinmə otağına gedən tunelinə qədər hıçqıraraq ağlaması kameraların obyektivindən qaçmayıb. 

Karyerasının bəlkə də ən ağır çempionat vidasını yaşayan kapitanın bu kədərli anları qısa müddətdə sosial şəbəkələrdə və dünya mətbuatında ən çox paylaşılan görüntüyə çevrilib. Bir eranın göz yaşları ilə bitən bu sonluğu milyonlarla futbolsevəri kədərləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR