İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin 7 NATO ölkəsi ilə bağlı hədəfi açıqlandı

785 07.07.2026 00:12 Dünya A A

Ukrayna ilin sonuna qədər azı yeddi NATO ölkəsi ilə mühüm müdafiə sazişləri bağlamağa ümid edir.

Musavat.com bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb. Qeyd olunub ki, bu, Kiyevin təkcə hərbi texnika alan deyil, həm də onu təchiz edən tərəf ola biləcəyini nümayiş etdirməyə yönəlmiş xarici siyasətinin yeni bir aspektini əks etdirir. Məlumata görə, son aylarda Kiyev altı ölkə ilə "dron sazişləri" imzalayıb.

Bildirilib ki, Azərbaycanla da saziş imzalanıb.

Materialda vurğulanıb ki, bu təşəbbüs “dron sazişi” adlandırılsa da, əslində o, təkcə dronlardan daha geniş bir sahəni əhatə edir. “Daha vacibi isə təcrübə və biliklər, eləcə də burada – Ukraynada sistemi təşkil edən bütün komponentlərə çıxış imkanıdır", – deyə Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin müavini David Aloyan bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR