Hamburqdan xüsusi reportaj
Musavat.com xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən rəsmi təqdimat və təhvil-təslim mərasimindən sonra Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın donanmasına daxil edilən yeni nəsil Airbus A321neo təyyarəsinin salonu ilk dəfə jurnalistlərə nümayiş etdirilib.
“Lənkəran” adı verilən müasir hava gəmisinin təqdimat mərasimi Airbus şirkətinin Hamburqdakı zavodunda baş tutub. Rəsmi hissənin yekunlaşmasının ardından tədbir iştirakçılarına və media nümayəndələrinə təyyarənin daxili hissəsini yaxından görmək və görüntülər çəkmək imkanı yaradılıb.
Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı təyyarənin salonundan eksklüziv görüntülər əldə edib. Çəkilişlər zamanı sərnişin salonunun müasir dizaynı, geniş baqaj bölmələri, yeni nəsil oturacaqlar, işıqlandırma sistemi və sərnişin rahatlığı üçün nəzərdə tutulmuş texnoloji yeniliklər diqqət çəkib.

Qeyd edək ki, AZAL-ın təşkilatçılığı və sponsorluğu, Airbus şirkətinin dəvəti ilə Azərbaycanın bir qrup jurnalisti hazırda Almaniyanın Hamburq şəhərində səfərdədir. Media nümayəndələri Airbus-un istehsal müəssisəsində keçirilən rəsmi təqdimat və təhvil-təslim mərasimində, eləcə də yeni təyyarələrin istehsal prosesi ilə bağlı təşkil olunan media turda iştirak edirlər.
“Lənkəran” adlandırılan Airbus A321neo təyyarəsi AZAL-ın donanmasının yenilənməsi proqramının tərkib hissəsidir. Yeni nəsil hava gəmisi yanacaq sərfiyyatının azlığı, ekoloji göstəricilərinin yüksək olması və sərnişinlər üçün daha komfortlu şərait yaratması ilə seçilir.
Musavat.com oxucularına “Lənkəran” təyyarəsinin salonundan eksklüziv görüntüləri təqdim edir:
Musavat.com






