İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda Rusiyanın hərbi aerodromu darmadağın edildi: SBU "Su-30" qırıcılarının anqarlarını vurdu

979 01.07.2026 13:10 Dünya A A

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya ordusunun ilhaq edilmiş Krım yarımadasındakı ən mühüm hərbi-hava bazalarından birinə qarşı strateji və uğurlu əməliyyat keçirdiyini elan edib. Ukrayna kəşfiyyatının pilotsuz uçuş aparatları ilə təşkil etdiyi kütləvi hücum nəticəsində Rusiyanın müasir qırıcı təyyarələri sıradan çıxarılıb.

Musavat.com xəbər verir ki, SBU-nun yaydığı rəsmi bəyanatda hərbi əməliyyatın birbaşa dövlət başçısının əmri ilə həyata keçirildiyi vurğulanıb: "Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyasına qarşı təsir göstərilməsi məqsədilə qarşıya qoyduğu xüsusi 40 günlük əməliyyat tapşırıqları çərçivəsində, SBU qüvvələri müvəqqəti işğal altındakı Krımda yerləşən 'Saki' hərbi aerodromuna uğurlu və dəqiq zərbələr endirib".

Rəsmi məlumatlara görə, SBU-ya məxsus zərbə dronlarının hərbi aviasiya texnikalarının saxlanıldığı xüsusi anqarlara birbaşa beş dəqiq zərbəsi təsdiqlənib. Hücum anında həmin strateji sığınacaqların ikisində Rusiyanın çoxfunksiyalı "Su-30" və "Su-30SM" tipli supersəs qırıcı təyyarələri olub. Hava zərbələrindən dərhal sonra "Su-30SM" döyüş təyyarəsinin yerləşdiyi anqarda genişmiqyaslı yanğının başladığı və təyyarəyə ciddi ziyan dəydiyi peyk görüntüləri və kəşfiyyat məlumatları ilə qeydə alınıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR