İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təbliğatçısı Solovyovdan Xarkov əhalisinə iyrənc təklif: bizdən mərhəmət istəyirsinizsə...

996 06.02.2026 02:03 Son xəbər A A

Kremlə yaxın rusiyalı teleaparıcı canlı efirdə Xarkov şəhərinin sakinlərinə qarşı açıq təhdid və nifrət dolu çağırışlarla çıxış edib.

Musavat.com xəbər verir ki, söhbət Rusiyanın əsas təbliğat simalarından biri olan Vladimir Solovyovun efirdə səsləndirdiyi qalmaqallı fikirlərdən gedir.

Solovyov çıxışı zamanı Xarkov əhalisinə müraciətlə “bu lənətə gəlmiş şəhəri tərk edin” deyə çağırış edib, eyni zamanda “bizdən mərhəmət istəyirsinizsə, təslim olun” kimi ifadələr işlədib. Bu sözlər sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi ictimai rezonans doğurub.

Ekspertlər bildirirlər ki, bu cür ritorika Rusiya dövlət təbliğatında dehumanizasiya və açıq nifrət dilinin artıq gizlədilmədiyini göstərir. Sosial mediada yayılan çoxsaylı şərhlərdə Solovyovun çıxışı faşist üslubuna yaxın ritorika kimi dəyərləndirilir və onun efirdə açıq radikallaşmaya doğru getdiyi vurğulanır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR