İnsanlara hürriyət, millətlərə istiqlal!

KAMRANLA 1 – Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi müzakirə edir

457 11.07.2022 16:00 Gündəm A A

Ukrayna prezidenti Zelenski silahlı qüvvələrə rus qoşunlarını ölkənin cənubundan çıxarmağı əmr edib. İşğal olunmuş sahilyanı ərazilər Ukraynanın yaşaması üçün həyati əhəmiyyət kəsb edir.

Bu barədə Britaniyanın “Sunday Times” qəzetinə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib. Plana əsasən, Ukrayna ordusu əməliyyat üçün milyonluq ordunu hazırlıq vəziyyətinə gətirdikdən sonra əməliyyat başlanacaq. Qərb silahları ilə təchiz edilmiş Ukrayna ordusu əks-hücum zamanı türk dronlarından da istifadə edəcək.

Prezident Zelenski hərbi rəhbərliyə əks-hücum planı hazırlamağı tapşırıb. Plan haqqında əlavə məlumat verilmir. Başqa heç nə məlum deyil. Bir şey açıq görünür ki, ordu rəhbərliyi əhalinin Rusiyanın nəzarətində olduğu əraziləri tərk etməsini gözləyir.
İşğal olunmuş sahilyanı ərazilər Ukrayna iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Rusiyanın ya işğal etdiyi, ya da blokadada saxladığı bir çox limanlar var. Bu vəziyyət Ukraynanın taxıl ixracının qarşısını alır.

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk xalqı ölkənin cənubunda Rusiyanın nəzarətində olan əraziləri tərk etməyə çağırıb. Vareşçuk qadınların və uşaqların canlı qalxana çevrilməməsi üçün bu addımın atılmasının vacibliyini bildirib. Ordu artilleriya atəşinə hazırlıq görür və buna görə də əhalini təcili evakuasiyaya çağırır.

Bu arada ukraynalı jurnalist və hərbi ekspert Yuri Butuzov Lisiçansk və Severodonetsk şəhərlərinin itirilməsi ilə nəticələnən əməliyyatı tənqid edib. Onun fikrincə, məğlubiyyətin günahkarı hərbi işləri anlamadan əməliyyatların hazırlanmasına müdaxilə edən siyasətçilərdir. Buna görə də hərbçilər dəyişən vəziyyətə operativ reaksiya verə bilmədilər.

Qoşunlar əvvəlcədən kifayət qədər möhkəmlənmə dəstəyi almayıblar və günlərlə döyüşmələrinə baxmayaraq, onları əvəz etmək ordu rəhbərliyinin yadına düşməyib. Bəzi bölmələr fasiləsiz olaraq, aylardır döyüşürlər. Onları əvəz etməli olan qüvvələr qoşunlara çox gec çatmışdılar və taktiki səhvlərə yol vermişdilər. Butuzov həm də Ukraynada prezident Zelenskinin tənqidçisi kimi tanınır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə edəcəksiz. K.Həsənli gündəmi aparıcı Sevinc Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR