Milli Məclisin iclasında 2026-cı ilin dövlət büdcəsi müzakirə edilərək ikinci oxunuşda qəbul edilib.
Musavat.com-un parlament müxbiri bildirir ki, yekunda maliyyə naziri Sahil Babayev çıxış edərək bəzi məsələlərə münasibət bildirib.
Nazir qeyd edib ki, cari ildə neftin büdcədə qiyməti 70 dollar götürülsə də, gələn il 65 dollardan hesablanacaq.
Büdcənin sosial büdcə olduğunu bildirən S.Babayev 2026-cı ildə işsizlərin icbari tibbi sığortadan məhrum ediləcəyi barədə iddialara da münasibət bildirib və məsələyə aydınlıq gətirib.
Musavat.com nazirin bu məsələ ilə bağlı çıxışını təqdim edir:
E.Paşasoy,
Musavat.com






