İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı professor auditoriyada hönkür-hönkür ağladı - bütün tələbələri öldürülüb - VİDEO

1527 20.01.2026 20:35 Dünya A A

İranda baş verən son etiraz aksiyalarının miqyası və insan itkiləri getdikcə daha dəhşətli mənzərə ortaya qoyur. Sosial şəbəkələrdə yayılan bir video rejimin zorakılığının real ölçülərini bütün çılpaqlığı ilə göstərib.

Musavat.com xəbər verir ki, İranda bir universitetin iranlı professoru auditoriyaya daxil olan kimi özünü saxlaya bilməyərək hönkürtü ilə ağlamağa başlayıb. Məlumata görə, son etiraz aksiyaları zamanı onun bütün tələbələri rejim qüvvələri tərəfindən öldürülüb.

Müəllimin emosional anlarını əks etdirən video sosial şəbəkələrdə sürətlə yayılıb və minlərlə insan tərəfindən paylaşılıb. Kadrlarda professorun tələbələrinin yoxluğu ilə üz-üzə qalmasının yaratdığı dərin sarsıntı açıq-aydın hiss olunur.

Hadisəyə münasibət bildirən tanınmış aktivist Agustin Antonetti bildirib ki, İranda ölənlərin real sayı ictimaiyyətin təsəvvür etdiyindən qat-qat çoxdur. Onun sözlərinə görə, baş verənlər artıq humanitar fəlakət həddinə çatıb və beynəlxalq ictimaiyyət bu faciəyə laqeyd qalmamalıdır.

Antonetti qeyd edir ki, rejimin zorakı üsullarla etirazları boğması cəmiyyətdə dərin travmalar yaradıb, xüsusilə gənclər və tələbələr arasında itkilər çox ağırdır.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR