İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın XİN rəsmisi: "Bunu region ölkələri özləri təmin etməlidir"

415 13.01.2025 15:57 Ölkə A A

"İran Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edəcək".

Musavat.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai deyib.

İranın Təhlükəsizlik Şurasının sədri Əli Əkbər Əhmədyanın Bakı və İrəvana son səfərini şərh edən İsmail Baqai brifinq zamanı deyib ki, bu məsələ əsasən “3+3” formatları ilə həll oluna bilər.

Baqainin qeyd etdiyi kimi, Əhmədyanın qonşu ölkələrə səfəri əvvəlcədən planlaşdırılıb və Cənubi Qafqazın İran üçün əhəmiyyəti kontekstində nəzərdən keçirilməlidir.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu təhlükəsizliyi üçüncü tərəflərin müdaxiləsi olmadan region ölkələri özləri təmin etməlidir.

Toğrul İSMAYIL, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR