İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan yeni Hörmüz qaydaları- Neftin də qiymətinə təsir edəcək...

625 19.06.2026 16:20 Dünya A A

İranın Fars körfəzi boğazı işləri üzrə İdarəsi  Hörmüz boğazından keçmək istəyən bütün gəmilər üçün yeni və məcburi qaydaları qüvvəyə mindirib.

Musavat.com xəbər verir ki, rəsmi Tehran strateji əhəmiyyətli bu boğazdan təhlükəsiz tranzit keçidini təmin etmək məqsədilə gəmi sahibləri və kapitanların qarşısında konkret tələblər qoyub. Yeni qaydalara əsasən, boğazdan istifadə etmək istəyən hər bir gəmi rəsmi kanallar vasitəsilə tranzit üçün mütləq şəkildə əvvəlcədən müraciət forması (ərizə) təqdim etməlidir. Eyni zamanda, gəminin birbaşa kontakt məlumatları ilə yanaşı, hərəkət edəcəyi marşrut barədə bütün detallar idarəyə bəyan olunmalıdır.

Rəsmi Tehranın qərarında xüsusi olaraq vurğulanır ki, icazə üçün müraciətlər gəmi boğaza daxil olmazdan ən azı 48 saat əvvəl göndərilməlidir. Həmçinin gəmilərin hərəkət qrafiki, dəqiq marşrutu və keçid vaxtı boğaz zonasına daxil olana qədər İran tərəfi ilə tam şəkildə razılaşdırılmalıdır. İdarə onu da əlavə edib ki, elan olunmuş 60 günlük keçid dövrü ərzində gəmilərdən təhlükəsizlik, mühafizə və ekoloji müşayiət xidmətlərinə görə hər hansı bir rüsum (haqq) alınmayacaq və onların sığorta təminatı birbaşa İran hökuməti tərəfindən qarşılanacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR