İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rialı kağız parçasına çevrilir: NÖVBƏTİ ANTİREKORD

1037 29.04.2026 14:42 İqtisadiyyat A A

İran rialı cəmi bir gün ərzində öz dəyərinin 7,05%-ni itirərək növbəti antirekorda imza atıb.

Musavat.com xəbər verir ki, çərşənbə günü açıq bazarlarda İran rialının məzənnəsi 1 ABŞ dolları qarşısında 1 800 000 həddinə çatıb.

Fevral ayında başlayan müharibədən bəri milli valyuta ümumilikdə 30%-ə yaxın dəyər itirib, ölkədə inflyasiya dərəcəsinin isə 70%-ə yaxınlaşdığı təxmin edilir.

Hazırda ölkə iqtisadiyyatı ciddi likvidlik böhranı yaşayır. "Reuters" agentliyinin məlumatına görə, Tehran, İsfahan və Məşhəd küçələrində valyuta dəyişmə məntəqələrinə rast gəlmək demək olar ki, qeyri-mümkündür və nağd dollar tapmaq imkansızlaşıb.

Banklar vəsaitlərin çıxarılmasına sərt məhdudiyyətlər tətbiq edib, "qara bazar"da isə dolların qiyməti bəzi yerlərdə artıq 2 milyon riallıq psixoloji həddi keçib.

Maliyyə analitikləri rialın kəskin süqutunu dəniz blokadası və Hörmüz boğazı vasitəsilə tranzit həcminin azalması fonunda neft gəlirlərinin kəskin ixtisarı ilə əlaqələndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR