İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mundialdan çıxarsa, yerinə hansı ölkə qatılacaq?

898 21.04.2026 21:59 İdman A A

İranın futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı qeyri-müəyyənlik davam edir. Ölkə turnirdən imtina edərsə, onun yerinə hansı komandanın qatılacağı isə hələlik açıq qalır.

Musavat.com xəbər verir ki, İranın Gənclər və İdman naziri Ahmad Donyamali məsələ ilə bağlı açıqlamasında yekun qərarın hökumət tərəfindən veriləcəyini bildirib.

Nazir qeyd edib ki, milli komandanın hazırlıq prosesi davam edir, lakin iştirak məsələsi təhlükəsizlik və siyasi şərtlərdən asılıdır: “Bizim vəzifəmiz komandanı hazırlamaq, təlim-məşq toplanışlarını təşkil etməkdir. Mövcud vəziyyəti nəzərə alsaq, son qərar hökumətə aiddir. Əgər şərait oyunçularımızın təhlükəsizliyini təmin edərsə və ev sahibi ölkə təxribatlara son qoyarsa, dünya çempionatında iştirak edəcəyik.”

O əlavə edib ki, 21 may tarixində futbolçuların ölkəyə yaxın ərazidə təlim-məşq toplanışı planlaşdırılır.

Nazir həmçinin ABŞ-ni tənqid edərək bildirib ki, belə hallarda digər ölkələr beynəlxalq turnirlərdən kənarlaşdırıla bilərdi, lakin beynəlxalq qurumlar bu məsələdə susqun mövqe tutur.

İranın turnirdən imtina etməsi halında qərarı birbaşa FIFA verəcək. Qurumun qaydalarına əsasən, boş qalan yer “FIFA-nın müstəsna qərarı” ilə doldurula bilər.

İddialara görə, FIFA alternativ ssenari kimi xüsusi “super pley-off” formatını da nəzərdən keçirir. Bu halda dünya çempionatına vəsiqə qazana bilməyən komandalar arasında qısa müddətdə əlavə turnir təşkil oluna bilər.

Belə turnirdə Avropadan Italya Danimarka milli komandaları, Asiyadan isə iki komandanın iştirakı ehtimal edilir. Komandalar yarımfinal və final mərhələsində üz-üzə gələrək qalibi müəyyən edəcək.

Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR