İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Bəhreyni hədələdi

669 10.05.2026 00:35 Dünya A A

İran parlamentində Bəhreynə qarşı növbəti sərt açıqlama səslənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri Ebrahim Azizi sosial şəbəkədə paylaşım edərək Bəhreyni ABŞ-la birlikdə Tehrana qarşı addımlar atmaqda ittiham edib.

Azizi paylaşımında Bəhreyni aşağılayaraq onu “mikroskopik ölkə” adlandırıb.

“Hazırda Amerika qətnaməsinə qoşulan Bəhreyn kimi hökumətləri bu addımın ciddi nəticələri barədə xəbərdar edirik”, - deəy İran rəsmisi qeyd edib.

İranlı deputat daha sonra strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlı açıq mesaj verib: “Hörmüz boğazının qapılarını öz üzünüzə həmişəlik bağlamayın!”

Qeyd edək ki, son aylarda İran və körfəz ölkələri arasında gərginlik yenidən artıb. Xüsusilə Hörmüz boğazı ətrafında səslənən təhdidlər dünya enerji bazarlarında ciddi narahatlıq yaradır.

Hörmüz boğazı dünya neft daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR