İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşə “bandit”lər gedir - rus ordusu dustaqlarla güclənəcək

591 22.07.2026 20:49 Dünya A A

Mütəşəkkil cinayətkar qrup üzvləri və narkotik ticarəti təşkilatçıları Ukraynada müharibəyə gedə biləcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya qanunvericiləri RF Müdafiə Nazirliyi ilə müqavilələr bağlamaq üçün yeni qaydaları təsdiqləyiblər. Bu qaydalar bir sıra ağır cinayətlərdə məhkum edilmiş şəxslərə şamil edilir.

Siyahıya Cinayət Məcəlləsinin daha 11 maddəsi əlavə edilib. Bunlara dəstə və mütəşəkkil cinayətkar qrupda iştirak daxildir. Dəyişikliklər mütəşəkkil qrupun tərkibində törədilən cinayətlər istisna olmaqla, narkotik qaçaqmalçılığını da əhatə edir.

Siyahıya ağırlaşdırıcı hallarda qanunsuz miqrasiyanın təşkili, nüvə materiallarının qanunsuz daşınması və oğurlanması da daxildir.

Hökumət qanun layihələri paketini cümə günü Dövlət Dumasına təqdim edib. Çərşənbə günü deputatlar sənədləri üç oxunuşda qəbul ediblər.

Dumanın Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik yeni qaydaları dəstəkləyib.

“Rusiyada rüsvayçılıq həmişə qanla yuyulub. Biz onlara qəbahətlərinin yuyulması üçün şans verməliyik. Əgər bu insanlar döyüş zonasında olsalar, hücum təyyarəsi olacaqlar - hücumun ön cəbhəsi onlar olacaq”, - deputat bildirib.

Kolesnikin sözlərinə görə, namizədlər "müəyyən bir süzgəcdən keçməlidirlər". O, həmçinin deyib ki, "hamı oradan geri qayıtmayacaq".

Bundan əvvəlki analoji “səfərbərliklər” isə göstərir ki, dustaqlar bu işə gerçəkdən də şans kimi baxırlar – girəvələyib aradan çıxmaq və ya ağ bayraq qaldıraraq qarşı tərəfə təslim olmaq fürsəti kimi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR