İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə nefti yenidən bahalaşdırdı – qiymətlər sürətlə yüksəlir

828 22.07.2026 20:07 Dünya A A

Yaxın Şərqdə münaqişələrin şiddətlənməsi dünya neft bazarında qiymətlərin yenidən kəskin artmasına səbəb olub.

Musavat.com xəbər verir ki, qlobal etalon sayılan Brent markalı neftin qiyməti 3 faizdən çox artaraq bir barel üçün 95 dollar həddini keçib.

Məlumata görə, Yaxın Şərqdə davam edən qarşıdurmalar fonunda son bir həftə ərzində neftin qiyməti təxminən 10 dollar bahalaşıb.

Bildirilir ki, müharibə başlayandan bəri xam neftin qiymətində ümumi artım 30 faizə çatıb.

ABŞ etalonu olan West Texas Intermediate (WTI) markalı neftin qiyməti isə bir barel üçün təxminən 88 dollara yüksəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR