İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İrana ən sərt xəbərdarlıq: “Hər hücuma görə... məhv edəcəyik”

557 22.07.2026 22:26 Dünya A A

ABŞ prezidenti Donald Tramp İranla bağlı indiyədək səsləndirdiyi ən sərt bəyanatlardan birini verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bildirib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hər hansı raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla hücum həyata keçirərsə, ABŞ cavab olaraq İranın bir körpüsünü və ya enerji infrastrukturuna aid obyektini məhv edəcək.

ABŞ prezidentinin sözlərinə görə, cavab zərbələri Tehran yaxınlığındakı hədəfləri də əhatə edə bilər.

Bu bəyanat Vaşinqton və Tehran arasında gərginliyin daha da artdığı, Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəldiyi bir vaxtda səslənib. Trampın açıqlaması İranın bölgədə kommersiya gəmiçiliyinə qarşı mümkün hücumlarına cavab olaraq ABŞ-ın sərt hərbi strategiya tətbiq edəcəyini göstərir.

Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur. Burada baş verəcək hər hansı hərbi insident qlobal enerji bazarına və neft qiymətlərinə ciddi təsir göstərə bilər. Analitiklər hesab edirlər ki, Trampın son bəyanatı ABŞ-İran qarşıdurmasını yeni və daha təhlükəli mərhələyə keçirə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR