İnsanlara hürriyət, millətlərə istiqlal!

Kallas: “Rusiya Avropa ölkələrinin mövcudluğuna təhlükə yaradır”

224 22.07.2026 21:02 Dünya A A

Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələri üçün ekzistensial (mövcudluq) təhlükə yaratdığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun çıxışının videoyazısı “DRM News” YouTube kanalında mövcuddur.

Avropa diplomatiyasının rəhbəri ASEAN nazirlər konfransında bildirib ki, "Rusiyanın Avropadakı ölkələrimiz üçün ekzistensial təhlükə yaratdığını aydın şəkildə görürük".

Kallas vurğulayıb ki, Avropa ölkələri Ukraynanı dəstəkləməyə və müdafiə qabiliyyətlərini gücləndirməyə davam edəcəklər.

Əvvəllər bildirilirdi ki, Kallasın Rusiyaya olan aşırı diqqəti Avropa diplomatları arasında narahatlıq yaradıb. Bəziləri, hətta Kallas 2024-cü ildə vəzifəyə gəlməzdən əvvəl belə, onun "Rusiyaya həddindən artıq diqqət yetirməsi" ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR