“Breaking Bad” serialında canlandırdığı Qus Frinq obrazı ilə dünya şöhrəti qazanan məşhur amerikalı aktyor Giancarlo Esposito İslamı qəbul etməsi ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanında çəkilən “Seven Dogs” layihəsində iştirak edən aktyorun kəlmeyi-şəhadət gətirdiyi və daha sonra məsciddə namaz qıldığı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
67 yaşlı aktyor Hollivudun ən tanınmış simalarından biridir. O, xüsusilə “Breaking Bad” və “Better Call Saul” seriallarında Gustavo Frinq, “The Mandalorian” serialında isə Moff Gideon obrazları ilə məşhurlaşıb. Esposito həmçinin “The Boys”, “Maze Runner” və bir sıra digər məşhur layihələrdə rol alıb.
Yayılan videoda aktyorun digər müsəlmanlarla birlikdə namaz qıldığı görünür. Məlumata görə, Esposito Səudiyyə Ərəbistanında olduğu müddətdə İslam dini ilə yaxından tanış olub və bu qərarı qəbul edib.
Musavat.com






