İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” İsrailin şimalına zərbələr endirib

481 16.02.2024 02:40 Dünya A A

“Hizbullah” qüvvələri İsrailin Livanla sərhədindən 2,5 km məsafədə yerləşən Kiryat Şmona şəhərinə zərbələr endirib.

Bu barədə “Əl-Cəzirə” televiziyası məlumat yayıb.

Radikallar bu sərhəd yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən azı 40 mərmi atıblar. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.

“The Times of Israel”in məlumatına görə, Kiryat Şmona şəhərinə 20-yə yaxın raket atılıb. Raket hücumu nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sözçüsü Andrea Tenenti Livan-İsrail sərhədində artan münaqişədən ciddi narahatlığını bildirib: “Son bir neçə gün ərzində çoxlu sayda insanın ölümü ilə nəticələnən yaşayış binalarına və iqtisadi infrastruktura hücumların şahidi olduq. Biz tərəfləri mülki şəxslərə hücumlara qarşı xəbərdar edirik. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır”.

Tenentinin sözlərinə görə, sülhməramlılar çətinliklərə baxmayaraq, regionda hərbi gərginliyi azaltmaq üçün səylərini davam etdirirlər.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR