İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan ŞOK CAVAB: Netanyahunun da sonu Hitler kimi olacaq

1169 29.07.2024 13:49 Dünya A A

"Prezidentimiz insan vicdanının səsinə çevrilib. Bu haqq səsi boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusilə də İsrail böyük təşviş içərisindədir".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin xarici işlər naziri Yisrael Katzın prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ritorikasına cavab olaraq deyib.

Fidan bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu da nasist lideri Adolf Hitlerlə eyni aqibəti yaşaya bilər.

"Tarixdə bütün soyqırımları törədənlər və onların tərəfdarlarını eyni aqibət gözləyir" - o əlavə edib.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz Türkiyə liderini ölümlə hədələyib. "Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hədələyir. İstəyirik ki, o, orada baş verənləri və bunun necə bitdiyini xatırlasın" - Katz deyib.

Bu isə "səni Səddam Hüseyn kimi asdırarıq" deməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR