İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan Kamala Harrislə bağlı ŞOK PAYLAŞIM - "Məhv etmək istəyir..."

1374 29.07.2024 15:14 Dünya A A

"ABŞ-ın vitse-prezidenti Kamala Harrisin müdafiə etdiyi fəlsəfə bəşəriyyətin məhv edilməsini nəzərdə tutur".

Musavat.com xəbər verir ki, bu barədə amerikalı sahibkar, multimilyarder İlon Mask "X" sosial şəbəkəsində yazıb.

Mask Harrisin ötən ilin sentyabrında Pensilvaniya ştatında keçirilən tədbirdə açıqlamasını şərh edib. Vitse-prezident gənc ABŞ vətəndaşlarının iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarından danışıb. O qeyd edib ki, bu qlobal problem gənclərdə ailə qurmaq və uşaq böyütmək imkanlarına şübhə yaradır.

Öz növbəsində İlon Mask Harrisi insanlığı yox etmək niyyətində ittiham edib. Onun fikrincə, ABŞ vitse-prezidentinin ideologiyasının təbii davamı bütün bəşəriyyətin faktiki soyqırımı olardı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR