İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış musiqi qrupunun üzvləri qəzada öldü - FOTO

885 29.07.2024 15:33 Hadisə A A

ABŞ-nin tanınmış musiqi qrupu "The Nelons"un üzvləri təyyarə qəzasında dünyasını dəyişib.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, Wyoming əyalətində yaşanan bədbəxt hadisə nəticəsində ümumilikdə 7 nəfər həyatını itirib. "MedyaRadar"ın yaydığı məlumata əsasən, ölənlərdən üçü "The Nelons"un üzvü olub.

Qrup üzvləri eyni ailədən olublar.

Belə ki, onlar Ceyson ilə Kelli Nelon Klark cütlüyü ilə qızları Ember Nelon Kistlerdir.

Bu barədə onların yaxınları məlumat verib. Yerli media təyyarə qəzasının daha sonra meşə yanğınına səbəb olduğunu bildirib.

İlkin məlumatlara görə təyyarə "avtopilot problemi" səbəbindən qəzaya uğrayıb. "The Nelons" 1970-ci ildə yaradılıb.

Qrup dünyanının ən prestijli musiqi mükafatı olan "Grammy"yə namizəd göstərilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR