İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 3 narkobaron SAXLANILDI

330 29.07.2024 14:29 Dünya A A

İnterpolun qırmızı bülleteni ilə İsveç və Monteneqro tərəfindən axtarışda olan 3 narkobaron Türkiyədə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və sənəd saxtakarlığı ittihamları ilə İsveç tərəfindən axtarışda olan Aleksandr Qustafsson İstanbulun Beşiktaş rayonunda saxlanılıb. Həmin adam Aleksandr Kava adlı saxta Polşa pasportundan istifadə edərək Türkiyəyə daxil olub.

İsveç tərəfindən axtarışda olan digər cinayətkar Aleksandr Nedevski Bodrum kurortunda saxlanılıb. Bu iki şəxslə bərabər, Monteneqronun İnterpol vasitəsilə iyulun 23-də axtarışa verdiyi Draqan Pavliçeviç İstanbulun Avcılar rayonunda saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR