İnsanlara hürriyət, millətlərə istiqlal!

Sena çayındakı məşq ikinci dəfə LƏĞV EDİLDİ

791 29.07.2024 14:30 Dünya A A

Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri  ikinci dəfə ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin standartlara cavab verməməsi səbəbindən məşqlərin bir hissəsini ləğv etmək qərarına gəliblər. Bununla belə, təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına ümid edirlər.

Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR