İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada, "İsa bulağı"nda çay neçəyədir? - Əməkdaşımız qiymətləri öyrəndi

1434 29.07.2024 15:25 Reportaj A A

Son günlər sosial şəbəkələrdə “İsa Bulağı” istirahət kompleksində bir çaynik sadə çayın 32 manat olmasına dair məlumatlar yayılıb.

Musavat.com-un Şuşada olan əməkdaşı burada olan çay qiymətləri ilə maraqlanıb.

Əməkdaşımız öyrənib ki, əksər otel və kafelərdə sadə çay 10 manata, mürəbbə ilə 16 manata satılır. Əgər samovar çayı və dəsgah olarsa, qiymətlər 30- 50 manat arasında ola bilər.

Bu kafelərdə kənardan hər hansı bir qida gətirib yemək qadağandır. Şuşa türməsinə yaxın yerləşən məhəllə kafelərində isə bir çaynik çay 2 manatdır. Burada əsasən Şuşada təmir-tikintidə çalışan ustalar otururlar.

Konkret olaraq "İsa bulağı"nda sadə çayın deyil, çay dəsgahının 32 manat olduğunu öyrəndik. Burada sadə çay 10 manatadır.

Otellər isə iki nəfərlik üçün bir gecəyə 300 manat, həftəsonu 350 manatdır. Hostel qiymətləri isə 60 manatdır.

Otellərdə sadə çay ümumi qiymətdən əlavə olaraq 10 manatdır. Əgər yanında mürəbbə də varsa bu zaman 15-20 manata verilir.

Musavat.com
Şuşa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR