İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülbahar Eyvazova "Tiktok"da qeyri-etik ifadələr işlədən ərinə görə vəzifəsindən çıxarıldı

1100 04.02.2026 15:03 Ölkə A A

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

Musavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb.

Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "Tiktok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR