İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə qanunsuz ağac kəsən şəxs saxlanılıb

309 20.01.2023 22:22 Hadisə A A

Göygöldə qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR