Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.
Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.
Bununla da Azərbaycan Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulub. Ölkəmiz Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.
Xatırladaq ki, ABŞ Prezidenti, Sülh Şurasının sədri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində Şuraya qoşulmağa və Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib. Prezident İlham Əliyev isə cavab məktubunda bu dəvəti Azərbaycanla ABŞ-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bildirib.
Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan Qarabağdan köçürülmə ilə bağlı açıqlama yayıb. Musavat.com xəbər verir ki, onun bildirdiyinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.
Nazir vurğulayıb ki, həmin şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər. Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin öz yazılı xahişləri nəzərə alınaraq onların Ermənistan tərəfinə keçməsinə şərait yaradılıb. Bütün bu hadisələr ölkə insanına nə deyir? Əhalinin maddi durumu, ümumi problemlərinin həlli baxımdan nələr gözlənilir? Büdcədəki dəyişikliklər, eləcə də cərimə və əhalinin ödənişlərinin artması necə bir nəticəyə səbəb olacaq?
Gündəmdəki bu suallarla bağlı saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iqtidar-müxalifət debatı baş tutacaq. Eks baş nazir Pənah Hüseynlə YAP-çı deputat Elman Nəsirov qonaqlarımızdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






