İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlin toydan imtina edib bəydən AYRILDI - PULA GÖRƏ...

2290 13.02.2024 12:40 Dünya A A

Kanadada gəlin qonaqların 1,5 min Kanada dolları vermək istəməməsi səbəbindən toy etməkdən imtina edib və bəydən ayrılıb.

Bu barədə "Unilad" xəbər yayıb.

Syuzan adlı qız sosial şəbəkə hesabında sevgilisi ilə dəbdəbəli toy etmək qərarına gəldiyini bildirib. Cütlük toy şənliyinə təxminən 60 min Kanada dolları (102 000 AZN) xərcləməyi planlaşdırıb. Xərcləri qarşılamaq üçün Syuzan qonaqların hər birindən toyda iştirak üçün 1,5 min Kanada dolları (2550 AZN) tələb edib. Lakin dostlarının və qohumlarının çoxu onun xahişini rədd edib.

Gəlin bu reaksiyaya qəzəblənib. Nəticədə sevgililər nəinki toyu ləğv ediblər, hətta ayrılmaq qərarına gəliblər. Syuzan sosial şəbəkədə ayrıldığını elan etsə də, sevdiklərindən pul tələb etdiyi üçün üzr istəməyib./Sfera.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR