Ağır atletika üzrə Rusiya çempionu Vladimir Feşşenkonun meyiti Moskvanın mərkəzində tapılıb.
Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, ilkin məlumatlara görə, idmançı güllə yarasından ölüb.
İdmançının meyidi yanvarın 13-nə keçən gecə paytaxtın Olxovskaya küçəsindəki binada tapılıb. Mütəxəssislər mərhumun başında güllə yarası aşkarlayıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Hazırda faciənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Hadisənin səbəbləri və motivləri hələlik məlum deyil.
Musavat.com