Türkiyənin məşhur sənətçisi Edip Akbayramla bağlı yayılan ölüm xəbərləri yalandır.
Musavat.com xəbər verir ki, yanvarın 9-da reanimasiyaya yerləşdirilən müğənninin qızı Türkü Akbayram atasının hər gün daha da yaxşılaşdığını və yaxın günlərdə tamamilə sağalacağını bildirib.
“Atamın səhhəti sürətlə yaxşılaşır və bu gün onu yenidən aramızda görmək ümidindəyik,” - deyə, Türkü Akbayram qeyd edib.
Xatırladaq ki, 75 yaşlı sənətçi 5 gün əvvəl evində yıxılaraq xəstəxanaya yerləşdirilmiş və kritik vəziyyətdə olduğu bildirilmişdi. Hazırda Edip Akbayramın vəziyyəti sabitdir və həkimlər onun tezliklə sağalacağını gözləyirlər.
Musavat.com